Ana səhifə | Fəal təlim haqqında | Materiallar | Ədəbiyyat və resurslar | Layihələr | İslahatlar | Lüğət | Forum | Əlaqə


Azərbaycanda fəal təlim layihələr haqqında məlumat

  • Fəal/interaktiv təlim üsulları ölkədə ilk dəfə olaraq 1993-cü ildən Azərbaycan Dövlət Universitetin «Yaradıcı istedad» (sonradan «İnkişaf» adlanan) Respublika Elmi-Praktik Mərkəzinin təşəbbüsü ilə Bakı Avropa Liseyində «Fənlərarası təlim proqramı» layihəsi çərçəvəsində tətbiq edilməyə başlanmışdır. Mərkəzin əməkdaşı və Liseyin elmi rəhbəri psixol.e.n. Z.Veysova orijinal «Fəal/interaktiv təlim konsepsiyası» hazırlamış, milli xüsusiyyətləri və ənənələri nəzərə alaraq bu metodu yerli şəraitə uyğunlaşdırmışdır. Əvvəl Bakı Avropa Liseyində fəal/interaktiv təlim metodları yalnız «Fənlərarası təlim proqramı»nın çərçivəsində həyata keçirilirdi və 1999-ci ildən başlayaraq başqa fənlərin tədrisində istifadə edilir.

  • Azərbaycanda Təhsil İslahat Proqramında göstərilən prinsiplərin həyata keçirilməsində 1998-1999-cü illərdən başlayaraq bir sıra dövlət (Təhsil Nazirliyi, Bakı Şəhər Baş Təhsil İdarəsi və s.) və beynəlxalq qeyri-dövlət təşkilatları (UNİCEF, Dünya Bankı, SOROS Fondu və s.) tərəfindən ilk addımlar atılmışdır. Axırıncı 5 il ərzində xüsusilə fəal/interaktiv təlim metodun Azərbaycan məktəblərində tətbiqi üçün əsasən aşağıdakı təşkilatlar tərəfindən bir sıra layihələr həyata keçirilmişdir:

A. Dövlət təşkilatları

1. Təhsil Nazirliyi
2. Bakı şəhəri Baş Təhsil İdarəsi
3. Təhsil Problemləri İnstitutu
4. Azərbaycan Müəllimlər İnstitutu
5. Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
6. «İnkişaf» Respublika Elmi-Praktik Mərkəzi (BDU)

B. Beynəlxalq qeyri-hökümət təşkilatları

1. UNICEF
2. Beynəlxalq İnkişaf Assosiasiyası (Dünya Bankı)
3. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu
4. Britaniya Şurası
5. Norveç Qaçqınlar Şurası
6. İREX

C. Yerli qeyri-hökümət təşkilatları

1. «İnkişaf» Elmi Mərkəz
2. Azad Müəllimlər Birliyi

UNİCEF-in fəal/interaktiv təlim üzrə layihələri

«Fəal/interaktiv təlim və məktəb rəhbərliyi» layihəsi Azərbaycan Respublikası Təhsil Nazirliyinin və UNICEF-in 2000-2004-cü illər üzrə həyata keçirilən Təhsil Proqramının tərkib hissəsi olmuşdur. Təhsil Proqramının əsas məqsədi tədrisin və təlimin prinsiplərin, məzmunun və yanaşmaların dəyişilməsidir. «Fəal/interaktiv təlim və məktəb rəhbərliyi» layihəsi bütün səviyyələrdə işləyən təhsil işçilərinin təlim və idarəetmə təcrübəsinə yeniliklərin tətbiqi məqsədi ilə bilik, bacarıq və vərdişlərinin təkmilləşdirilməsini, inkişaf etdirilməsini, fəal və səmərəli fəaliyyət göstərən məktəblərin yaradılmasını nəzərdə tutur.

Aşağıda son 3 il ərzində həyata keçirilmiş layihələrin məcmuəsi təqdim olunub.

«AZƏRBAYCANDA FƏAL TƏLIM METODLARIN HƏYATA KEÇIRILMƏSININ GÜCLƏNDIRILMƏSI» LAYİHƏSİ (2003)

  • Əsas məqsəd:
    • Əməkdaşlığın inkişafı və genişləndirilməsi vasitəsilə fəal təlim metodlarının bütün ölkədə tətbiqi üçün milli siyasətin uyğunlaşdırılması üzrə Təhsil Nazirliyinə yardımın göstərilməsi;
    • Fəal və səmərəli məktəblərin yaradılması üçün fəal təlim metodlarının bütün ölkədə tətbiqinin gücləndirilməsi və genişləndirilməsi;
    • Təhsildə fəal təlim yanaşmasının vacib bir amili olan uşaq, müəllim, valideyn və icma üzvlərinin stereotiplərinin dəyişdirilməsi və qızların təhsili üzrə şüurlu yanaşmanın yaradılması üçün Azərbaycanın 5 rayonunda (Quba, Masallı, Şəki, Qəbələ və Bakı) dairmi masaların və diskussiyaların keçirilməsi, birgə iş planın yaradılması
  • Vəzifələr:
    • Dünya Bankının ikinci kreditin çərçivəsində 80 nəfər milli trenerləri üçün fəal təlim metodu və məktəb rəhbərliyinin yenilikləri üzrə treninqlərin keçirilməsi;
    • Treninqlərin keçirilməsinin vacib vasitəsi olan məktəb rəhbərliyi üçün və ibtidai və orta sinif müəllimləri üçün treninq vəsaitlərinin yeniləşdirilməsi;
    • Fəal təlim metodu vasitəsilə qızların təhsildə iştirakını yaxşılaşdırmaq üçün müəllim, valideyn və icma üzvlərinə yardım etmək
  • Nəticələr:
    • Fəal təlim üzrə 80 nəfərdən ibarət milli trenerlərin hazırlanması;
    • 500 nəfər valideyn və icma nümayəndələrin, rayon təhsil şöbəsinin metodistlərin və rəhbərlərin qızların təhsildə iştirakının vacibliyinin dərk edilməsini, onun dəstəklənməsi və icmanın cəlb olunması üçün treninqdə iştirak edilməsi
    • Pilot məktəblərində fəal təlim üzrə fəaliyyətin, qızların təhsildə iştirakın və nailiyyətlərin monitorinqin və qiymətləndirilməsinin keçirilməsi
    • Azərbaycanda fəal təlimin tətbiqinin yaxşılaşdırılması üçün məsləhətlərin yaradılması
  • Fəaliyyət:
    • Məktəb rəhbərliyi üçün fəal təlim üzrə 3-günlük treninq vəsaitin və materialların yeniləşdirilməsi, onların ilkin treninqdə nəzərdən keçirilməsi və tamamlanması;
    • İbtidai və orta sinif müəllimləri üçün fəal təlimə giriş kursu üzrə 5-günlük treninq vəsaitin və materialların təkmilləşdirilməsi və ümumi treninq kursun yaradılması, onların ilkin treninqdə nəzərdən keçirilməsi və tamamlanması;
    • Milli trenerlər üçün fəal təlim üzrə treninqin keçirilməsini təmin edən bilik və bacarıqların formalaşdırılması məqsədilə 3 hissədən ibarət treninq paketin hazırlanması:
    • məktəb rəhbərliyi üçün 6-günlük treninq üçün;
    • ibtidai sinif müəllimləri üçün 10-günlük treninq üçün;
    • orta sinif müəllimləri üçün 10-günlük treninq üçün.
    • Milli trenerlərin məktəb rəhbərliyi ilə fəal təlim üzrə treninqin keçirilməsini təmin edən bilik və bacarıqların formalaşdırılması məqsədilə 6-günlük treninqin keçirilməsi
    • Milli trenerlərin ibtidai və orta sinif müəllimləri ilə fəal təlimə giriş kursu üzrə treninqin keçirilməsini təmin edən bilik və bacarıqların formalaşdırılması məqsədilə 10-günlük treninqlərin keçirilməsi
    • Ucar rayonunda milli trenerlərin məktəblərdə fəal təlimin tətbiqi üzrə fəaliyyətinin monitorinqin keçirilməsi
    • Fəal təlim üzrə videofilmi üçün ssenariyanın hazırlanması;
    • Fəal təlim üzrə 6 plakatın hazırlanması;
    • Valideynlər və icma nümayəndələri üçün fəal təlim metodların vasitəsi ilə qızların təhsildə iştirakının yaxşılışdırılmasına dair treninq materialların hazırlanması və onun əsasında 5 pilot rayonunda 3-günlük treninqin keçirilməsi;
    • Qızların təhsildə iştirakının yaxşılışdırılmasının vacibliyinin dərk edilməsi və bunun üçün fəal təlim metodlarından istifadəsi üzrə 5 pilot məktəbinin müəllim və valideynlərin fəaliyyətinin monitorinqin keçirilməsi
    • Keçirilən treninqlərin nəticələrin təhlilinə əsaslanan cari və yekun hesabatın hazırlanması

«AZƏRBAYCANDA FƏAL TƏLİM METODOLOGİYASININ TƏTBİQİNİN GÜCLƏNDİRİLMƏSİ VƏFƏAL TƏLİM ÜZRƏ SİYASƏTİN FORMALAŞDIRILMASINDA YARDIM» LAYİHƏSİ (2004)

  • Məqsədlər:

    1. Bütün ölkədə fəal təlim metodologiyasının tətbiqi üçün Təhsil Nazirliyi ilə əməkdaşlıqda fəal təlim üzrə siyasətin qurulması;
    2. Azərbaycanda fəal təlim metodologiyasının daha səmərəli və davamlı tətbiqi üçün təcrübədə qazanılan ən vacib dərsləri, məhdudiyyətləri və yeni imkanları sistemləşdirilməsi, bu sahədə kütləvi informasiya vasitələrin rolunun müəyyənləşdirilməsi;
    3. Fəal təlim siyasəti üzrə tövsiyyələrin hazırlanması üçün bütün maraqlı tərəflərə yardım edilməsi;
    4. Azərbaycanda fəal təlimin daha səmərəli tətbiqi və fəal və səmərəli məktəblərin yaradılması üçün fəal təlim metodologiyasının tətbiqinin gücləndirilməsi və genişləndirilməsi;
  • Vəzifələr:
    1. Azərbaycanda fəal təlim metodologiyasının tətbiqinə dair geniş mənzərənin çəkilməsi, mövcud olan imkanların icmalı və bunun nəticəsində prioritetlərin müəyyənləşdirilməsi, çətinliklərin aradan qaldırılması yollarının və fəal təlim üzrə siyasətin qurulması üzrə strategiyaların işlənməsi;
    2. Ölkədə həyata keçirilən qiymətləndirmə və tədqiqatların, təhsil siyasəti üzrə rəsmi sənədlərin, müxtəlif təşəbbüs və fəaliyyətlərin icmalın əsasında fəal təlim üzrə siyasətin xüsusiyyətlərinin daha dərindən anlaması və proqramlaşdırılması üçün Azərbaycanda fəal təlim metodologiyasının tətbiqinə dair əməkdaşlarla və bütün maraqlı tərəflərlə ümumi diskussiyanın keçirilməsi;
    3. Azərbaycanda fəal təlim metodologiyasının daha səmərəli və davamlı tətbiqi üçün bütün maraqlı tərəflərlə birgə fəal təlim siyasəti üzrə mülahizələrin formalaşdırılması;
    4. Azərbaycanda fəal təlim metodologiyasının tətbiqinin monitorinq və qiymətləndirmənin aparılması üçün müvafiq siyasi sənəd və vasitələrinə dair təkliflərin hazırlanması;
    5. Hazırlanmış monitorinq və qiymətləndirmə üzrə sənəd və vasitələri milli məşqçilərin müşahidəsi və attestasiya prosesində sınağdan keçirilməsi;
    6. Azərbaycanda fəal təlimin genişləndirilməsi üçün yanaşmaların müəyyənləşdirilməsi və qazanılan nailiyyətlərin (təcrübənin və innovasiyaların, tədqiqat nəticələrinin və ən yaxşı təşəbbüslərin) yayılması;
    7. Müəllim hazırlıgı və müəllimlərin ixtisasartırma və təkmilləşdirmə institutlarından fəal təlim üzrə 75 nəfər milli təlimatçıların hazırlanması.
  • Nəticələr:
    1. Azərbaycanda fəal təlimin tətbiqi üçün mövcud olan imkanların icmalı hazırlanacaq və maraqlı tərəflərin arasında yayılacaq;
    2. Azərbaycanda fəal təlimin tətbiqi üzrə milli siyasətin formalaşdırılması üçün tövsiyyələr işlənəcək;
    3. Fəal təlimin tətbiqi üzrə milli siyasətinə dair təkliflər nəzərdən keçiriləcək və geniş şəkildə müzakirə olunacaq;
    4. Fəal təlim üzrə tərəqqinin gücləndirilməsi və çətinliklərin aradan qaldırılması sahəsində prioritetlər və strategiyalar müəyyənləşdiriləcək;
    5. Müəllim hazırlıgı və müəllimlərin ixtisasartırma və təkmilləşdirmə institutlarından fəal təlim üzrə 75 nəfər milli təlimatçılar hazırlanacaq;
    6. Pilot məktəblərin müəllimlərindən və ixtisasartırma və təkmilləşdirmə institutlarının metodistlərindən ibarət 20 nəfər mütəxəssis fəal təlim üzrə milli məşqçilər kimi sertifikatlar qazanacaq.

«AZƏRBAYCANDA FƏAL / INTERAKTIV TƏLIMIN TƏTBIQININ GÜCLƏNDIRILMƏSI VƏ GENIŞLƏNDIRILMƏSI» LAYIHƏSI (2005)

  • Əsas məqsəd:

    Azərbaycanda fəal/interaktiv təlim texnologiyasının daha səmərəli və davamlı tətbiqi üçün fəal/interaktiv təlim texnologiyasının tətbiqinin gücləndirilməsi və genişləndirilməsi.

  • Vəzifələr:

    1. Müəllim hazırlığı və müəllimlərin ixtisasartırma institutların müəllim-professor heyəti üçün «Fəal/interaktiv təlim üzrə əsas kurs» mövzusunda 5-günlük treninq proqram və materiallarının, məşqçilər üçün vəsaitin hazırlanması,sınağdan keçirilməsi və yenidən işlənməsi;
    2. Müəllimlər üçün fəal/interaktiv təlim üzrə metodiki vəsaitin hazırlanması;
    3. Müəllim hazırlıgı və müəllimlərin ixtisasartırma və təkmilləşdirmə institutlarından fəal/interaktiv təlim üzrə 100 nəfər milli təlimatçıların hazırlanması üçün 5-günlük treninqin keçirilməsi;
    4. Fəal/interaktiv təlimə giriş kursu üzrə İsmaillı pilot rayonunun 25 nəfər ibtidai sinif müəllimi və metodistləri üçün 5-günlük treninqin keçirilməsi.

  • Nəticələr:

    1. Müəllim hazırlığı və müəllimlərin ixtisasartırma institutların müəllim-professor heyəti üçün «Fəal/interaktiv təlim üzrə əsas kurs» mövzusunda 5-günlük treninq proqram və materialları, məşqçilər üçün vəsait hazırlanıb;
    2. Müəllimlərin ixtisasartırma və təkmilləşdirmə institutlarından (AMİ və BPKİvəYİ) «Fəal/interaktiv təlim üzrə əsas kurs» mövzusunda 5-günlük treninqdə 26 nəfər milli təlimatçı iştirak edib və treninqin nəticəsində hazırlanmış materiallar sınağdan keçirilib və yenidən işlənilib;
    3. İlkin müəllim hazırlıgı müəssisələrində (Bakı,Gəncə və Şəki şəhərlərində) «Fəal təlim üzrə əsas kursu» mövzusunda 3 5-günlük treninq keçirilib və 66 nəfər müəllim təlimatlandırılıb .
    4. «Fəal/interaktiv təlimə giriş kursu» üzrə İsmaillı pilot rayonunun 29 nəfər ibtidai sinif müəllimi və metodisti 5-günlük treninqdə iştirak edib;
    5. Müəllimlər üçün ətraflı fəal/interaktiv təlim üzrə metodiki vəsait hazırlanıb. Vəsaitə çoxsaylı tapşırıqlar və fəal/interaktiv dərsi hazırlamaq üçün nümunələr daxil olunub, cəlbedici və maraqlı dizayn işlənib.